Böyük asteroid Ayla toqquşdu - ANBAAN VİDEO
Ayla toqquşan böyük asteroidin astronomlar tərəfindən çəkilmiş kadrları internetdə populyarlıq qazanıb.
BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, anın unikallığı ondadır ki, hadisə gün ərzində baş verib və onu qeydə almağa imkan verib.
Peykimizin atmosferi olmadığına görə cazibə qüvvəsi ilə tutulan göy cisimləri yanmır, əksinə səthə toxunulmaz şəkildə çatır. Digər tərəfdən, atmosfer olmadığı üçün qaranlıqda onların trayektoriyasını dəqiq izləmək mümkün deyil. Yerə düşən meteoritlər hava ilə sürtünmə nəticəsində qızdırılır və görünməyə başlayır.
Görüntülərdən də aydın olur ki, Aya dəyən asteroid olduqca böyük olub. Yerdəki böyük bir şəhərin ölçüsü boyda... Onun səthə təsiri toz və dağıntı buludunu qaldırıb və Ayın özündə yeni bir krater meydana çıxıb.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....