Yasamalda sakinləri bezdirən durum: "Həyətdə tərpənməyə yer yoxdur"
Yasamal rayonu, Şərifzadə küçəsi, 148-156 ünvanında yaşayan sakinlər yaxınlıqdakı obyekt sahiblərinin binanın həyətində avtomobil saxlamasından narazılıq edirlər.
Vətəndaşların sözlərinə görə, onlar burada öz maşınlarını saxlamağa yer tapmırlar. Hətta uşaqlar üçün ayrılan oyun meydançası da zəbt olunub.
"Həyətdə tərpənməyə yer yoxdur. Burada xaos yaranır. Dəfələrlə maşınımız vurulub, amma kimin etdiyini tapa bilməmişik", - sakinlərdən biri söyləyib.
Obyekt işçilərindən biri isə əlavə edib: "Burada mal boşaldıb gedirəm. Problem odur ki, hamı məhəllənin içində maşınını saxlayır. Parklanma pullu olsaydı, heç kim küçədə avtomobil saxlamazdı".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
Sabah Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dö...