"Ermənistandakı hakimiyyət Rusiya üçün məqbul deyil" - Paşinyan planları necə alt-üst etdi?

"Ermənistandakı hakimiyyət Rusiya üçün məqbul deyil. Onlar Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar".
Bunu Baku TV-nin "Aktual Gündəm" verilişində millət vəkili Rasim Musabəyov deyib.
"Nikol Paşinyan isə təhlükələri düzgün qiymətləndirərək bütün rəqibləri öncədən zərərsizləşdirib. Paşinyan bununla göstərdi ki, Moskvadan kimləri ona qarşı idarə edib qaldırırlarsa, bu, dövlətə qarşı xəyanətdir və həmin şəxslərlə amansız mübarizə aparılır. O cümlədən Azərbaycana qarşı da əllər uzanmışdı. Amma hakimiyyətimiz o qədər güclüdür ki, həmin cəhdlər siyasi həyatımıza silkələnmə gətirməyə qadir deyil", - deyə o əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
DİN-ə yeni səlahiyyət verildi
"Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə q...
