"Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı Azərbaycan kollektivi açıb. 1-ci dəqiqədə Leandro Andrade fərqlənib. İspaniya klubunda isə Qorka Quruseta (40, 88) dubl müəllifi olub. Digər qolu Robert Navarro (70) vurub.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətini alıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda, noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.
***22:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.
88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.
***22:18
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.
70-ci dəqiqədə Robert Navarro fərqlənib.
***21:52
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
***21:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***21:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar "status-kvo"nu bərpa edib - 1:1.
40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.
***20:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.
BAKU.WS-in məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
***20:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Atletik" və "Qarabağ" komandaları arasında matç başlayıb.
BAKU.WS-in məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.
Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi İqor Payaçdır. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərir. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirir.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Atletik"ə məğlub olmaq istəmirdik"
"Qarabağ" "Atletik"lə (Bilbao, İspaniya) matçda məğlub olmaq istəməyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbano...
