Mahir Emreli: Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq
"Xalqımızdan üzr istəyirik. Qol epizodlarımız oldu. Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının D liqasının 2-ci qrupu çərçivəsində keçirilən Azərbaycan - Lixtenşteyn oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Rəqibin heç-heçəyə belə razı qalıb gəldiyini biləndə insan təəssüflənir. İndi sizinlə danışarkən belə, boşa verdiyimiz epizodlar gözümün önündən keçir. Düşünürəm ki, komanda mental olaraq yaxşı vəziyyətdə deyil. Lakin tez bir zamanda toparlanıb növbəti qarşılaşmaya hazırlaşmalıyıq",-deyə futbolçu əlavə edib.
Oxşar xəbərlər
Çempionlar Liqasında yeni rekord: Bir turda 78 qol vuruldu
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin ikinci turunda məhsuldarlıq rekordu qeydə alınıb. 18 qarşılaşmada ümumilikdə 78 qol vurulub. BA...