Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib

Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
Video
Dünya 19

Fransada məktəblilərin iştirakı ilə keçirilən etiraz aksiyaları zamanı 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib.

BAKU.WS xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jefr açıqlama verib.

Nazirin sözlərinə görə, oktyabrın 2-də ölkə üzrə təxminən 3 700 məktəbdən 400-ü fəaliyyətini dayandırıb. Bir sıra təhsil müəssisələrində dərslər distant formada keçirilir.

Etirazların başladığı vaxtdan indiyədək təhsil sisteminin 65 əməkdaşı, o cümlədən 40 məktəb direktoru xəsarət alıb. Bundan başqa, 170 şagirdin də zərər çəkdiyi bildirilib.

Eduard Jefr ölkədə dövlət təhsil sisteminə qarşı hücum və dağıntıların baş verdiyini deyib. O, məktəb etirazlarından zorakılığa meyilli qrupların istifadə etdiyini iddia edib və küçələrə çıxan yeniyetmələrin valideynlərini övladlarının təhlükəsizliyinə diqqət yetirməyə çağırıb.

Məlumata görə, ötən gün Fransanın bütün departamentlərini əhatə edən təxminən 900 etiraz aksiyası keçirilib. Aksiyalar zamanı hüquq-mühafizə orqanları 2 minə yaxın şəxsi saxlayıb. Hadisələr nəticəsində 300-dən çox polis və jandarmın yaralandığı açıqlanıb.

Parisdə iki liseyin giriş hissəsi yanğın nəticəsində zədələnib. Lion və onun ətrafında isə 11 təhsil müəssisəsinə ziyan dəyib. Onların arasında səkkiz lisey, iki kollec və Lyon 3 Universiteti də var.

Nant şəhərində isə 2014-cü ildə 52 milyon avroya inşa edilən Nelson Mandela adına liseyin foyesi yandırılıb. Təhsil müəssisəsinin ən azı noyabr ayına qədər bağlı qalacağı bildirilib.

Fransanın ədliyyə naziri Jerald Darmanen prokurorlara valideynlərin yetkinlik yaşına çatmayan övladlarının törətdiyi əmlak zərərinə görə məsuliyyətə cəlb olunması ilə bağlı işlər açmağı tapşırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər