ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək
ABŞ Dövlət katibi Marko Rubio oktyabr ayında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün İslandiya, Yunanıstan və Portuqaliyaya səfər edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott "X" sosial şəbəkə hesabında bildirib.
"Dövlət katibi Marko Rubio müdafiə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirmək üçün 5-8 oktyabr tarixlərində İslandiya, Yunanıstan və Portuqaliyaya səfər edəcək. Yunanıstana səfəri çərçivəsində dövlət katibi ABŞ və Yunanıstanın 6-cı Strateji Dialoqunda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək" - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Nəvai Qazaxıstanda iki aylıq həbs edilib
Azərbaycanəsilli rusiyalı repçi Navai Bəkirov Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək iki ay müddətinə həbs edilib. BAKU.WS xəbər...