UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib

UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib
Video
İdman 234

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.

***20:00

UEFA Millətlər Liqasının D liqasında Azərbaycan - Lixtenşteyn qarşılaşması start götürüb.

BAKU.WS xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

***19:00

UEFA Millətlər Liqasının D liqasında Bakıda qarşılaşacaq Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: Emil Balayev, Toral Bayramov, Rəhim Sadıxov, Elvin Bədəlov, Emin Mahmudov, Tellur Mütəllimov, Vüsal İsgəndərli, Abdulla Xaybulayev, Mahir Emreli, Musa Qurbanlı, Anton Krivotsyuk;

Baş məşqçi: Ayxan Abbasov;

Lixtenşteyn: Benyamin Büxel, Maksimilian Qöppel, Lars Traber, Aaron Zelye, Kenni Kindl, Alessio Hasler, Nikolas Hasler, Yens Hofer, Lorenso Lo Russo, Yonas Vaysenhofer, Marsel Büxel;

Baş məşqçi: Konrad Fünfştük.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər