Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Şuşa şəhərində baxış keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhərində baxış keçiriblər", - paylaşımda bildirilib.
Millî Savunma Bakanı Yaşar Güler, Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov ve Gürcistan Başbakan Yardımcısı ve Savunma Bakanı Irakli Chikovani, yarın düzenlenecek Azerbaycan-Türkiye-Gürcistan Üçlü Savunma Bakanları Toplantısı öncesinde Şuşa kentinde incelemelerde bulundu. #MillîSavunmaBakanlığı #YaşarGüler
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 1, 2026
Oxşar xəbərlər
"Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı"
Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə "Birliyin Gücü -2026" birgə hərbi təlimi uğurla başa çatıb. BAKU.WS xəbər verir ki, "Haber Global" telekanalı b...