Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib

Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib
İdman 120

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə böyükhesablı məğlubiyyətə uğrayıb.

BAKU.WS xəbər verir ki, millimiz Kosovo U-17 yığması ilə qarşılaşıb. Görüş Kosovo komandasının 8:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində qolları 7-ci dəqiqədə Sabina Şarafxanova, 45-ci dəqiqədə Sara Səlimli, 59-cu dəqiqədə isə Suel Polikarpova vurublar.

Qeyd edək ki, U-17 qızlardan ibarət Azərbaycan millisi bundan əvvəlki oyununda İrlandiyaya 0:16 hesabı ilə uduzub. Beləliklə, komandamız iki oyunda qapısında 24 qol görüb.

Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər