Sürücülərin nəzərinə: Bu yol bağlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 2-si, saat 14:00-dan paytaxtın Suraxanı rayonunda Zığ şosesinin (beton yol) MİDA yaşayış kompleksi avtomobil yolu istiqamətində, MİDA yaşayış kompleksinin avtomobil yolunda, həmçinin MİDA yaşayış Kompleksindən Zığ şosesinə, hava limanı istiqamətinə çıxış yolunda təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq:
"Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur".
Oxşar xəbərlər
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza-bərpa işləri aparılacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dekabrın 1-dən İmişli rayonundakı suvar...