Azərbaycan millisi Lixtenşteynlə üz-üzə gələcək
01
okt
2026
08:32
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçını bu gün keçirəcək.
BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının II qrupunda Lixtenşteyn seçməsi ilə qarşılaşacaq.
Oyun saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Millimiz turnirdə keçirdiyi əvvəlki görüşdə səfərdə Litva ilə heç-heçə edib və hesabına 1 xal yazdırıb. Azərbaycan hazırda qrupda 1 xalla ikinci pillədə yer alır.
Lixtenşteynlə qarşılaşma millimizin qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından növbəti imkan olacaq.
Oxşar xəbərlər
Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"
Azərbaycan millisi qrupda birinci yeri tutmaq istəyirsə, Lixtenşteynə qalib gəlməlidir. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi...