"Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb

Turan Tovuz - İmişli oyununun yeri dəyişdirildi - Səbəb
İdman 9

Misli Premyer Liqasının VIII turunda keçiriləcək "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirilib.

BAKU.WS xəbər verir ki, qərar "Turan Tovuz"un Peşəkar Futbol Liqasına müraciəti və "İmişli"nin razılığı nəzərə alınaraq qəbul edilib.

Buna səbəb oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan" VK - "Mladost" (Xorvatiya) qarşılaşmasının keçirilməsidir.

PFL ölkəmizdə keçiriləcək Çempionlar Liqası matçının daha yaxşı təşkil olunmasını nəzərə alaraq "Turan Tovuz" və "İmişli" futbol komandaları arasında 1-ci və 2-ci dövrədə keçiriləcək oyunların yerini dəyişib.

Beləliklə, Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz" - "İmişli" oyunu oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.

18-ci turda baş tutmalı olan "İmişli" - "Turan Tovuz" qarşılaşması isə Tovuzda oynanılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər