Boris Conson COVID-19 qadağalarını pozduğu üçün üzr istədi
Böyük Britaniyanın Baş naziri Boris Conson karantin qaydalarını pozaraq “Dauninq-strit” yığıncağında iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, baş nazir bildirib ki, o , bu tədbirin iş yığıncağı olduğunu düşünüb və sadəcə 20 dəqiqə orada olub.
O axşam bunun fərqində olmadığım üçün üzr istəyirəm. Mən buna görə məsuliyyət daşıyıram və üzr istəyirəm” – B. Conson parlamentarilərin suallarını cavablandırarkən deyib.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ötən il 20 may tarixində karantin qaydalarını pozaraq ənənəvi olaraq keçirilən “Dauninq-strit” yığıncağında iştirak etmişdi. Bu hadisədən sonra Baş nazirin istefası tələb olunurdu.
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...