“Bitcoin”in qiyməti son 3 ildə ilk dəfə 17 min dolları ötüb

17
noy
2020
20:24
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitcoin”in qiyməti 2017-ci ilin dekabrından bəri ilk dəfə 17 min ABŞ dollarını ötüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu il bazar dəyərini təxminən 2 dəfə artıran “Bitcoin” bu gün New-York fond birjalarında 17 067 ABŞ dollarına satılıb.
Qeyd edək ki, kriptovalyutanın qiyməti 2017-ci ildə 20 min ABŞ dollarına yaxınlaşmış, lakin 1 il ərzində qiyməti 3 136 ABŞ dollarına qədər kəskin enmişdi.
Oxşar xəbərlər
“Tesla” səhmlərini yenə də satışa çıxaracaq
“Tesla” şirkəti 5 milyard ABŞ dollarına yaxın həcmdə səhmlərini satışa çıxarmağı nəzərdə tutur. BAKU.WS report-a istinadən xəbər verir ki, həmin səhmlər şirkət...
