Tarixin ən varlı insanı - Rəqəmlərə sığmayacaq var-dövlət - FAKTLAR

Tarixin ən varlı insanı - Rəqəmlərə sığmayacaq var-dövlət - FAKTLAR
Siyasət 2143
"Musanın sərvəti haqqında müasir hesablamalar insanı heyrətləndirir. Onun nə qədər var-dövlət və güc sahibi olduğunu təsəvvür etmək mümkün deyil". Bu sözləri Kaliforniya Universitetinin tarix üzrə dosenti Butç Uare (Butch Ware) deyib.BAKU.WS BBC Azərbaycan-a istinadən xəbər verir ki, Forbes-in 2019-cu ilin milyarderləri siyahısına əsasən, hazırda dünyanın ən varlı adamı Amazon-un yaradıcısı Jeff Bezos-dur. Sərvəti 222 milyard manat (131 milyard dollar) təşkil edən Bezos, müasir tarixin ən zəngin insanı hesab olunur. Lakin onu bəşər tarixinin ən varlı insanı saymaq olmaz. Bu titul XIV əsrdə yaşamış Qərbi Afrika hökmdarı Mansa Musaya aiddir.2015-ci ildə Money.com səhifəsinə yazısında Jacib Davidson bu afrikalı kralın var-dövlətinin saya gəlməz olduğunu yazıb.2012-ci ildə ABŞ-ın Celebrity Net Worth (Məşhurların Sərvəti) internet səhifəsi onun sərvətini 678 milyard manat (400 milyard dollar) dəyərində hesablayıb. Lakin iqtisadiyyat tarixçiləri Musanın var-dövlətini rəqəmlərə sığmayacaq qədər təsvir edirlər.Mansa Musa dünyaya 1280-ci ildə hökmdar ailəsində gəlib. Onun qardaşı Mansa Əbu-Bəkr imperiyaya 1312-ci ildə ekspedisiyaya gedə bilmək üçün hakimiyyətdən əl çəkənə qədər rəhbərlik edib.14-cü əsr suriyalı tarixçi Şibab əl-Umariyə əsasən, Əbu-Bəkrin Atlantik okeanına böyük marağı olub. Deyilənlərə görə o, 200 gəmi və minlərlə kişi, qadın və kölədən ibarət donanma ilə okeana ekspedisiyaya çıxıb və geri qayıtmayıb.Amerikalı tarixçi İvan Van Sertima kimi bəzi tarixçilər isə onun Cənubi Amerikaya çatdığına inansalar da, heç bir dəlil yoxdur.Mansa Musa qardaşından qalan imperiyanın başına keçir.Onun hakimiyyəti altında Mali krallığı əhəmiyyətli dərəcədə böyüyür. Musa Timbuktu da daxil olmaq imperiya tərkibinə 24 şəhər birləşdirir.Krallığın ərazisi Atlantik okeanından müasir Niger respublikasına qədər 3000 km qədər uzanırdı. Hazırkı Seneqal, Mavritaniya, Mali, Burkina-Faso, Niger, Qambiya, Qvineya-Bisau, Qvineya və Fil Dişi Sahili də imperiyanın tərkibinə daxil olub.Bu qədər böyük ərazi imperiyanı qızıl və duzla zəngin mənbələrlə təmin edirdi.Britaniya Muzeyinə əsasən, Mansa Musanın hakimiyyəti dövründə Mali imperiyası dünya qızılının təxminən yarısına sahib idi. Həmin qızılın hamısı krala məxsus olub."Hökmdar kimi Mansa Musa orta əsrlər dünyasında sərvət sayılan ən dəyərli mənbələrə sahib idi," Northwestern Universitetinin Blok İncəsənət Muzeyindən Afrika incəsənəti üzrə mütəxəssis Kathleen Bickford Berzock BBC-yə deyib."Qızıl və başqa məhsullar ticarəti ilə məşğul olan ticarət mərkəzləri də onun idarəsindəki torpaqlarda yerləşdiyinə görə, var-dövlətini bu yolla artırmışdı," o əlavə edib.
Məkkəyə səyahətMali imperiyası qızıl ilə zəngin olsa da, krallıq tanınmırdı. Bu isə Mansa Musanın Məkkəyə ziyarətindən sonra dəyişir. Belə ki, o, Böyük səhrası və Misirdən keçməli olur. Deyilənlərə görə, kral Malidən 60 min nəfərlik karvan ilə çıxıb. O, özü ilə kraliyyət məhkəməsi və rəsmilərini üzvlərinin hamısını, əsgərlər, aşıqlar (musiqi ifaçıları), tacirlər, sarbanlar və 12 min kölə ilə yanaşı, qida üçün keçi və qoyun sürüləri aparıb. Səhrada sanki bir şəhər hərəkət edib.Qullarına qədər başdan-başa qızıl zərxara və ən yaxşı fars ipəyi ilə örtülən bir şəhər. Silsilə şəkildə irəliləyən yüzlərlə dəvə bir neçə üz kiloqram ağırlığında təmiz qızıl daşıyıb.Bu mənzərəni görmək üçün bir cüt göz bəs etməzdi. O, var-dövlətini nümayiş etdirmək üçün Musa Qahirəyə daxil olur.
Qahirə qızıl "böhranı"Mansa Musa Qahirədə o qədər xoş təəssürat qoyur ki, şəhərə 12 il sonra qonaq gedən əl-Umari insanların onun haqqında böyük hörmətlə danışdığını qeyd edirdi.O, Qahirədə qaldığı üç ay ərzində qızılını o qədər əliaçıqla paylayır ki, regionda qızılın qiyməti gələn 10 ərzində aşağı düşür və bu da iqtisadiyyata ciddi ziyan vurur.ABŞ-da yerləşən texnologiya şirkəti SmartAsset.com, qızılın dəyərdən düşməsi nəticəsində Mansa Musanın zəvvar səyahəti Yaxın Şərq iqtisadiyyatında təxminən 2.5 milyard manat (1.5 milyard dollar) zərərə səbəb olduğunu yazırdı.Geri qayıdan zaman Mansa Musa yenə Misirdən keçir və bəzi mənbələrə görə o, dövriyyədəki qızılın bir hissəsini misirli sələmçilərdən yüksək faizlə geri alaraq ölkənin iqtisadiyyatına kömək etmək istəyir. Bəziləri isə deyir ki, qızılı bitənə qədər paylayır və xərcləyir.Londonda yerləşən Afrika və Şərq Elmləri Məktəbindən Lucy Duran, malili mədəniyyət xadimləri, xüsusilə də tarixçi-hekayətçilər ondan narazı olduğunu qeyd edirlər."Musa Mali qızılını o qədər çox paylayır ki, yerli vəsaiti imperiyadan kənarda payladığına görə aşıqlar onu mahnılarında tərif etmək istəmirlər," - o deyir.
TəhsilHeç şübhəsiz ki, Mansa Musa zəvvarlığı əsnasında çoxsayda qızıl paylayıb və ya xərcləyib. Lakin onun bu böyük əliaçıqlığı dünyanın diqqətini cəlb edib.Mansa Musa sözün hərfi mənasında Malini və özünü xəritəyə sala bilib. 1375-ci ildən qalma katalan atlasında bu afrikalı padşahın rəsmi Timbuktu üzərində qızıl taxtda və əlində qızıl parçası şəklində təsvir olunub.Timbuktu Afrikanın El Doradosuna çevrilir və dünyanın hər tərəfindən insanlar onu görməkdən ötrü buraya səyahət edirlər.19-cu əsrdə də dünyanın bir ucunda yerləşən bu qədimi qızıl şəhərin mifik statusu aktuallığını saxlayırdı. Timbuktunun avropalı qızıl "ovçuları" və tədqiqatçıları üçün maraq nöqtəsinə çevrilməsində böyük rolu təbii ki, Mansa Musa oynamışdı.Mansa Musa Məkkədən bir neçə islam alimi ilə geri qayıdır. Buraya Məhəmməd peyğəmbərin nəslindən bir neçə şəxs və Əbu Əs Haq əs Sahili adlı əndəlusiyalı şair və memar daxil idi. Sözükeçən memar daha çox məşhur Cinquereber məscidinin dizaynı ilə tanınır.Deyilənlərə görə, hökmdar şairə 200 kq ağırlığında qızıl ənam edib. Bu isə 14 milyon dollar deməkdir.İncəsənət və memarlığın inkişafı ilə yanaşı, Musa ədəbiyyatı dəstəkləyib və məktəblər, kitabxanalar və məscidlər inşa etdirib. Timbuktu təhsil mərkəzinə çevrilib. Başqa ölkələrdən insanlar təhsil almaq hazırda Sankore Universiteti kimi bilinən təhsil ocağına axışıblar.İmperiyası Qərbi Afrikadan başqa yerdə tanınmasa da, zəngin padşah Qərbi Afrikada təhsil ənənəsinin qurucusu kimi xatırlanır.Musa 1337-ci ildə 57 yaşında ölür və ondan sonra, hakimiyyətə gələn oğulları imperiyanı qoruya bilmirlər. Dövlətlər tərkibindən ayrıldıqca imperiya dağılmağa başlayır. Regiona gələn avropalılar imperiyanın son qalıqlarını dəfn edirlər.BAKU.WS

Oxşar xəbərlər

Yer kürəsinin ən varlı qadınının adı bəlli oldu

Yer kürəsinin ən varlı qadınının adı bəlli oldu

"Forbes" jurnalının versiyasına görə dünyanın ən varlı qadını "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.BAKU.WS xəbər verir ki, onun...

1341 Siyasət 13:15 05 mart 2019

Son xəbərlər