“Barbi” “Warner Bros.”ın ABŞ-dəki ən gəlirli filmi olub
Marqo Robbi və Rayan Qoslinqin baş rollarda çəkildiyi Qreta Qerviqin “Barbi” (Barbie) filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib.
“Report” xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Beləliklə, “Barbi” “Warner Bros.” studiyasının ABŞ daxilində ən çox gəlir gətirən lenti olub. Film gəlirə görə “Qara cəngavər” dramını ötüb. Belə ki, Kristofer Nolanın filmi 2008-ci ildə 536 milyon dollar gəlir əldə edib.
Avqustun 14-də bəlli olub ki, “Barbi” filminin prodüserləri rekord gəlirdən sonra filmin mümkün davamını çəkiliş qrupu ilə müzakirə etməyə başlayıblar.
Xatırladaq ki, “Barbi” filminin premyerası iyulun 19-da olub. Təkcə ilk həftəsonunda lentin gəlirləri 356 milyon dollar təşkil edib. Məşhur kuklanın kuklalar ölkəsindən qaçmasından bəhs edən film artıq “Qalaktika keşikçiləri” və “Super Mario qardaşları filmi” kimi kinolentləri geridə qoyaraq 2023-cü ilin ən yüksək gəlirli filmi olmağı bacarıb.
Oxşar xəbərlər
"Barbie" trendi indi də TABUTLARDA - FOTO
Kinoteatrlarda "Barbie" filminin nümayişindən əvvəl dünyada yaşanan "Barbie" trendi geyimlərdən aksessuarlardan sonra yas mərasimlərində tətbiq edilməyə başlanı...