Azərbaycan ən güclü şahmat ölkəsi siyahısında ilk 3-lükdə-STATİSTİKA

Azərbaycan ən güclü şahmat ölkəsi siyahısında ilk 3-lükdə-STATİSTİKA
Siyasət 1406
Ən güclü şahmat ölkələrini ölçmək üçün bir çox yol var. Rusiya olduqca genis bir əhali sayına sahib, 2559 titullu oyunçu, 243 önəmli qrossmeysterı özündə toplamışdır. Əslində, FIDE’nin 179 federasiya siyahısına görə, Rusiyanın 143 ölkədən daha çox qrossmeysterı var.Əgər şahmatın gücünü ölkə əhalisinin sıxlığı ilə götürsək, kiçik ölkə olan İslandiyanın soyuq şahmat gücü bütün dünyaya açılar. Belə ki, 334 252 nəfər əhalisi olan ölkədə 13 nəfər qrossmeyster var. Müqayisə üçün ABŞ-ın 323.1 milyonluq əhalisini 94 nəfər qrossmeyster təmsil edir ki, bu da hər 3 437 234 amerikalıya bir qrossmeyster edir.Amma kəmiyyət hər şey demək deyil. Ən yaxşı şahmat ölkəsini müəyyən eləmək üçün bizə keyfiyyət faktoru da lazımdır. Yəqin ki, bir ökənin şahmat gücünü ölçməyə imkan verəcək ən yaxşı ölçü onun neçə nəfər super-qrossmeysterə – 2700 ya da daha çox xala malik olub ən yüksək səviyyədə şahmat oynayan insan-qrossmeysterlər – malik olmasıdır.BAKU.WS xəbər verir ki, bu ölçü ilə dünyanın ən yaxşı 9 şahmat ölkəsi aşağıdakılardır: 9. İngiltərə
Super-GMs 2700+: 2Ən yaxşı oyunçu: Michael Adams, 2705Super-GM-lərin orta reytinqi: 2703İngiltərə 2 nəfər GMs-ə sahibdir. Michael Adams dünyanın ən məşhur şahmatçılarından biridir və David Howell hələ 27 yaşındadır və İngiltərənin uzun bir müddət super GM -ə sahib olmasını təmin edəcəkdir. 8. Polşa
Super-GMs 2700+: 2Ən yaxşı oyunçu: Radoslaw Wojtaszek, 2738Super GM-lərin orta reytinqi: 2731Wojtaszek hələ reytinq baxımından Polşa bayrağını daşıyır, amma bir şey də var ki, növbəti dünya çempionu ola biləcək şəxs 19 yaşındakı Jan-Krzysztof Dudadır.7. Fransa
Super-GMs 2700+ : 2Ən yaxşı oyunçu: Maxime Vachier-Lagrave, 2789Super GM-lərin orta reytinqi: 2753.5Dünyanın ən həyəcan verici şahmat oyunçularından biri olan MVL nin pərəstişkarı olmaq üçün Francofil olmaq məcburiyyətində deyilsiniz.6. Ukrayna
Super-GMs 2700+: 3Ən yaxşı oyunçu: Vassily İvançuk, 2713Super GM-lərin orta reytinqi: 2708.97Kramerin, Ukraynanın Seinfeld TV-dəki Risk mövzusunda siyasi mövqeyi haqqında nə düşündüyünə baxmayaraq, heç kim Ukraynanın şahmatda zəif olduğunu deyəcək qədər səhv etməz.5. Hindistan
Super-GMs 2700+: 3Ən yaxşı oyunçu: Vişy Anand, 2776Super GM-lərin orta reytinqi: 2737.93Anand, 48 yaşında Moskvada Tal Memorial Rapid i qazanaraq, həyatının ən yaxşı şahmatını oynayan bir əfsanədir.4. Amerika Birləşmiş Ştatları
Super-GMs 2700+: 3Ən yaxşı oyunçu: Wesley So, 2799Super GM-lərin orta reytinqi: 2790ABŞ-ın böyük “üçlüyü” olan So, Fabiano Caruana və Hikaru Nakamura kimi dinamik şahmatçıları ABŞ-ın 2700-dən çox xalı olan qrossmeysterlərin reytinqində onların ortalama reytinqini 2790-a çatdırır.3. Azərbaycan
Super-GMs 2700+: 4Ən yaxşı oyunçu: Şəhriyar Məmmədyarov ,, 2809Super GM-lərin orta reytinqi: 2740.9Bu dəqiqə Məmmədyarov dünyada böyük fərqlə 2-ci ən güclü şahmatçıdır və hazırda “Namizədlər turniri”də iştirak edir.Bir çoxları düşünür ki, çempionluq yarışında Maqnus Karlsenlə qarşılacağı təqdirdə Şəhriyar onun üçün çox çətin bir sınaq olacaq.2. Çin
Super-GMs 2700+: 6Ən yaxşı oyunçu: Ding Liren, 2769Super GM-lərin orta reytinqi: 2738.83Çin, bu 10 ildə çox sayda istedadlı gənc şahmatçı ilə böyük şahmat gücü olaraq ortaya çıxmışdır. 25 yaşlı Linq Diren hazırda bu siyahının önündə gedir.1. Rusiya
Super-GMs 2700+: 12Ən yaxşı oyunçu: Vladimir Kramnik, 2800Super-GM-lərin orta reytinqi: 2737.12Rusiya onilliklər boyu şahmat dünyasını idarə etib və bu sürpriz deyil. Təəccüblü olan odur ki, köhnə dünya çempionu Vladimir Kramnik, 42 yaşında yenə də 2800-lər klubundadır və bu dünya 3-cüsü üçün çox yaxşı nəticədir.

Oxşar xəbərlər

Son xəbərlər