"Barbie" trendi indi də TABUTLARDA - FOTO
Kinoteatrlarda "Barbie" filminin nümayişindən əvvəl dünyada yaşanan "Barbie" trendi geyimlərdən aksessuarlardan sonra yas mərasimlərində tətbiq edilməyə başlanılıb.
BAKU.WS xəbər verir ki, El Salvadorda insanların dəfn olunması üçün üz hissəsi çəhrayı rəngli, içərisində isə "Barbie" şəkilləri olan tabutlar hazırlanır.
Bildirilir ki, əvvəl tabutu hazırlayan şəxlər bu trendə qoşularaq daha çox pul qazanacaqlarını düşünüblər. Daha sonra isə düşündüklərini reallaşdırıblar.
Bu işlə məşğul olan ustalar qeyd edib ki, tabutlara tələbat artıb. Hətta özü üçün sağlığında "Barbie" tabutu sifariş edənlər də var. Belə tabutlara kütləvi tələbat olduğundan ustalar daha çox tabut hazırlayacaqlar.
Qalereya
Oxşar xəbərlər
"Barbie" gəlincikləri ölümcül anoreksiyaya səbəb olur - FOTO
Reallığa uyğun olmayan gəlincik bədən ölçüləri, yeniyetmə qızlarda normal bədən forması qavrayışının pozulmasına səbəb ola bilər. BAKU.WS xarici KİV-ə istnadən...