SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərov Sürix şəhərinə səfər edib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) qərargahında təşkilatın Baş katibi Mattias Grafström ilə görüş keçirilib.

Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinoya ünvanlanmış dəvətnaməni qarşı tərəfə təqdim edib. Dəvət məktubu məmnunluqla qəbul olunub.

Görüşdə, həmçinin FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov və İctimaiyyətlə əlaqələr üzrə meneceri Annaliza Tsakona iştirak ediblər.

BAKU.WS
QALEREYA