FIFA prezidenti COP29-a dəvət olunub - FOTO
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərov Sürix şəhərinə səfər edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) qərargahında təşkilatın Baş katibi Mattias Grafström ilə görüş keçirilib.
Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinoya ünvanlanmış dəvətnaməni qarşı tərəfə təqdim edib. Dəvət məktubu məmnunluqla qəbul olunub.
Görüşdə, həmçinin FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov və İctimaiyyətlə əlaqələr üzrə meneceri Annaliza Tsakona iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...