2 dəqiqə gecikməsəydi heç kimin sağ çıxmadığı qəzada öləcəkdi - FOTO

2 dəqiqə gecikməsəydi heç kimin sağ çıxmadığı qəzada öləcəkdi - FOTO
Siyasət 4184
Efiopiyadakı qəzaya düşərək 157 nəfərin həlak olduğu təyyarəyə bilet alan Yunanıstan vətəndaşı Antonios Mavropulos təsadüf nəticəsində sağ qalıb.BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb. "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi ilə Əddis-Əbebedən Nayrobiyə uçmalı olan A.Mavropulos təyyarəyə iki dəqiqə gecikdiyini bildirib.O, ET302 reysinə aldığı biletin fotosunu paylaşaraq belə yazıb: "Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Məni təyyarəyə buraxmadıqlarına görə çox hirslənmişdim. İndi isə anlayıram ki, bu gecikmə həyatımda ən uğurlu hadisədir".
2 dəqiqə gecikməsəydi heç kimin sağ çıxmadığı qəzada öləcəkdi - FOTO
Təsadüf nəticəsində sağ qalan yunanın sonradan qəzaya uğramış təyyarəyə əyləşməməsi hüquq-mühafizə orqanlarında şübhə yaradıb və onu saxlayıblar. Lakin o, yükünü təyyarəyə vermədiyindən qəza ilə onun arasında heç bir məntiqi əlaqənin olmadığını qəbul edən polislər onu sərbəst buraxıblar.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər