Qağayı təyyarəyə çırpıldı, Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi (VİDEO)

Qağayı təyyarəyə çırpıldı, Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi (VİDEO)
Video
Hadisə 17011
Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib. BAKU.WS-in məlumatına görə, Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb. Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər. Bu xəbərdarlıqdan sonra Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri və Azərbaycan Hava Yollarının Bakı-İstanbul reysinin həyata keçirən təyyarə eniş edə bilməyib.Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib. BAKU.WS

Oxşar xəbərlər

"FlyDubai" bütün reyslərini təxirə saldı

"FlyDubai" bütün reyslərini təxirə saldı

"FlyDubai" aviaşirkəti Dubay beynəlxalq hava limanından həyata keçirilən bütün reysləri çərşənbə günü saat 23.00-a qədər dayandırıb. Trend TASS-a istinadən xəb...

1505 Hadisə 17:13 03 avqust 2016

Son xəbərlər