Qarlı havaya görə İstanbul-Bakı reysi təxirə salındı

Qarlı havaya görə İstanbul-Bakı reysi təxirə salındı
Hadisə 1391

 

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-da uçmalı idi.

Məlumata görə, Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə həyata keçiriləcək.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstanbul-Bakı aviareysi qarlı hava şəraitinə görə təxirə salındı

İstanbul-Bakı aviareysi qarlı hava şəraitinə görə təxirə salındı

"Türk Hava Yolları” (THY) İstanbul-Bakı-İstanbul aviareysini təxirə salıb. BAKU.WS-in məlumatına görə, bu barədə THY-in rəsmi saytında yerləşdirilmiş məlumatda...

1166 Hadisə 11:54 22 yanvar 2016

Son xəbərlər