Hava şəraiti ilə əlaqədar Türkiyədən Azərbaycana aviareyslər ləğv edildi
Türk Hava Yolları (THY) İstanbulda gözlənilən qar yağışıyla əlaqədar 142 aviareys ləğv edib.
BAKU.WS-in məlumatına görə, THY sərnişinlərə müraciət edərək səfərlərin ləğv edildiyini elan edib. Aviaşirkətin yaydığı məlumatda deyilir:
"30-31 dekabr tarixlərində İstanbul Atatürk və Sabiha Gökçen Hava limanı əlverişsiz hava şəraiti səbəbiylə 142 istiqamətdə göstərilən səfərlərimiz ləğv edilib. Sərnişinlərdən uçuşlarıyla əlaqədar son vəziyyəti THY-in web ünvanından və ya çağırış mərkəzindən öyrənməsini rica edirik".
Ləğv edilən aviareyslər arasında Bakı-İstanbul səfəri də var. 31 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanından - İstanbul Atatürk Hava Limanına və əks istiqamətdə səfərlər planlaşdırılırdı.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
AZAL qiymətləri endirdi (RƏSMİ)
Azərbaycan Hava Yolları" QSC Moskva ("Vnukovo" hava limanı), Dubay ("Əl-Məktum" hava limanı) İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli r...