Bakıda iki yolda sürət həddi aşağı salındı (FOTO)

Bakıda iki yolda sürət həddi aşağı salındı (FOTO)
Sosial 934

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hava şəraitilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda Zığ dairəsi - hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq. Ziya Səccad BAKU.WS

Son xəbərlər