Zəvvarlarımız Ciddədən Bakıya səsləndi: bizə kömək edin (FOTO)
Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt yenə dəyişdirilib.
BAKU.WS-in məlumatına görə, 360 azərbaycanlı zəvvar Ciddə hava limanında 36 saata yaxındır ki, gözləyir. Zəvvarlarımızın aeroportun neytral zonasında skamyaların üstündə gecələdikləri bildirilir. Zəvvarların ac-susuz qaldıqları deyilir.
Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından bildirilib ki, zəvvarları gətirən sonuncu təyyarənin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb.
Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı zəvvarlar geri dönə bilmirlər - uçuş qrafiki dəyişdi
Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib. BAKU.WS-in məlumat...