Azərbaycanlı zəvvarlar geri dönə bilmirlər - uçuş qrafiki dəyişdi
Azərbaycanlı zəvvarların Həcddən qayıdışı ilə bağlı uçuş qrafikinin son günü bu gün olmasına baxmayaraq, gecikmə səbəbilə vaxt dəyişdirilib. BAKU.WS-in məlumatına gör, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından APA-ya bildirilib. Verilən məlumata görə, zəvvarları gətirən sonuncu təyyarənin ya sabah axşam, ya da oktyabrın 3-də səhər tezdən Ciddədən qalxacağı planlaşdırılıb. Bu gün isə azərbaycanlı zəvvarları gətirmək üçün 3 aviareys nəzərdə tutulub ki, onlardan biri artıq reallaşıb, digələri saat 17:20-də və 23:00-da Bakıya enəcək. Təxminən 250 zəvvarı gətirəcək daha bir təyyarənin isə oktyabrın 3-də səhər tezdən Ciddə hava limanından Bakıya yola düşməsi nəzərdə tutulub. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Rayon qeydiyyatında olan maşınların Bakıya buraxılış vaxtı dəyişir
Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış vaxtı oktyabrın 1-dən dəyişəcək. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, Nazirlər K...