Sürücülərə xəbərdarlıq edildi: Yollarda sürət həddi dəyişdirildi

Sürücülərə xəbərdarlıq edildi: Yollarda sürət həddi dəyişdirildi
Sosial 2629

Ötən gündən Bakıda müşayiət edilən əlverişsiz hava şəraitilə əlaqədar yollarda sürət həddinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının BAKU.WS-ə verdiyi məlumata görə, dünəndən başlayan güclü külək və yağış səbəbindən sürət həddi aşağı salınmışdı. Bu gün isə hava şəraiti normallaşıb. Bu səbəbdən də, sürət həddinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Şəfa xanım deyir ki, yollarda sürücülərə xəbərdarlıq edən elnalar yayılıb. "Bütün monitorlarımızda "ehtiyatlı olun” yazısı yazılıb. Yolların sürüşkən olması barədə xəbərdarlıqlar edilib”. Yollar üzrə sürət həddi müvafiq olaraq 100 km/saat-dan 120-yə, 80 km/saat-dən 100-ə, 60 km/saatdan 80-ə qaldırılıb

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Yollarda gizli radarlar kimə lazımdır? (VİDEO)

Yollarda gizli radarlar kimə lazımdır? (VİDEO)

Son günlər yollarda quraşdırılan gizli radarlarla bağlı şikayətlər və söz-söhbət çoxalıb. Bəzi sürücülər dövlət qurumları ilə yanaşı BAKU.WS-in redaksiyasına d...

2118 Sosial 17:15 25 noyabr 2015

Son xəbərlər