Yollarda gizli radarlar kimə lazımdır? (VİDEO)
Son günlər yollarda quraşdırılan gizli radarlarla bağlı şikayətlər və söz-söhbət çoxalıb. Bəzi sürücülər dövlət qurumları ilə yanaşı BAKU.WS-in redaksiyasına da gizli radarlarla bağlı çoxsaylı şikayətlər edirlər. Onlar bildirirlər ki. "Radar” işarəsi olmayan, sürət həddi qoyulmayan traslardan keçərkən onlara sürət həddini aşma ilə əlaqədar bildirişlər gəlir. Şikayətçilər bildirirlər ki, gizli radarlar qoyulan ərazilərdə yol polisləri qəflətən avtomobilin qarşısına çıxır, maşını saxlatdırır və sürücüləri cərimələyirlər.
Bu sahədə yaranmış mübahisə həta Milli Təhlükəsizlik Nazirliyinin ətrafında yaranmış söz-söhbətdən də müşkülə çevrilib. Baxmayaraq ki, son illər yol polislərinin işin keyfiyyətini qaldırmaq üçün mühüm işlər görülüb. Ən əsasın yol polislərinin məvacibi qaldırılıb. Onlara ən müasir avadanlıqlar verilib.
Bəs maraqlıdır niyə bəzi işarə olmayan yollarda gizli radarlar qoyulur? Həm də həmin radarların bəziləri kustar üsulla quraşdırılır. BAKU.WS olaraq məsələyə bir daha qayıdacağıq Bu səbəbdən də, oxucularımızdan və sürücülərdən gizli radarlar, onların yerləri barədə məlumat almaq maraqlı olardı. Əgər imkan olarsa, gizlin radarların görüntülərini də çəkib bizə göndərə bilərsiniz. Sizin bizə təqdim edəcəyiniz faktlar aparacağımız araşdırmada bizə çox yardımçı olacaq.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə gizli "tələ" - görün, radarı harda gizləyiblər (VİDEO)
Yevlax-Gəncə yolunda analoqu olmayan radar aşkarlanıb. Bu dəfə yol polisləri radarı elə yerdə gizlədiblər ki, dünyaca məhşur olan öncəgörən Vanqa da onu görə bi...