AZAL və “Türk Hava Yolları”nın İstanbul və Ankara reysləri bərpa edilib

AZAL və “Türk Hava Yolları”nın İstanbul və Ankara reysləri bərpa edilib
Sosial 1291

 

Türkiyədə baş verən çevrilişi cəhdi səbəbi ilə "Azərbaycan Hava Yolları” QSC-nin iyulun 16-da ləğv edilən İstanbul və Ankara şəhərlərinə yerinə yetirilən reysləri bərpa olunub.

AZAL-dan "Report”a verilən məlumata görə, şirkət Ankaraya həftənin çərşənbə axşamı və bazar günlərindən başqa, 1-3-4-6-cı günləri 09:10-da, 5-ci gün isə saat 16:15-də olmaqla uçuşlar təşkil edir. İstanbula olan uçuşlar isə hər gün saat 08:45, 16:35 və 19:15 saatlarında reallaşdırılır. Şirkət bu istiqamətlər üzrə aviareysləri "B 767/845”, "B 1915/767”, "A 1635/319” nömrəli təyyarələrlə həyata keçirir. AZALJET reyslərinə bir istiqamət üzrə biletin qiyməti 49 avrodan başlayır. Hər iki istiqamət üzrə isə biletlərin qiyməti 98 avro təşkil edir.

"Türk Hava Yolları”nın (THY) Bakı ofisindən isə "Report”a bildirilib ki, İstanbul istiqaməti üzrə şirkət uçuşları əvvəlki qaydada davam etdirir.

Eyni zamanda THY-nın "TK 003” nömrəli təyyarə ilə təşkil olunan İstanbul-Nyu-york aviareysi də bugündən bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Federasiyası (FAF), iyulun 16-da ölkənin hava yolu şirkətlərinin İstanbula və ya İstanbuldan ABŞ-a gələcək hər hansı bir hava yolu şirkətinin eniş etməsinə qadağa qoymuşdur.

BAKU.WS

Oxşar xəbərlər

AZAL-ın Türkiyəyə reysləri ləvğ edilib

AZAL-ın Türkiyəyə reysləri ləvğ edilib

Azərbaycandan Türkiyəyə aviareyslərin yerinə yetirilməsi hələ ki, bərpa olunmayıb. Bu gün səhər İstanbul və Ankaraya nəzərdə tutulan reyslər ləvğ edilib. BAKU....

1530 Hadisə 09:44 16 iyul 2016

Son xəbərlər