Azərbaycandan İstanbula 48 avrodan uçuşlar başlayır

Azərbaycandan İstanbula 48 avrodan uçuşlar başlayır
Şou-biznes 1655

Gələn aydan etibarən Türkiyənin aşağı büdcəli aviaşirkəti - "Pegasus” Azərbaycandan uçuşlara başlayacaq. Bu barədə turizm şirkətlərindən bildirilib. BAKU.WS-in məlumatına görə, ilk reys martın 19-da Qəbələ Beynəlxalq Aeroportundan İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşəcək. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri olmaqla Qəbələdən, həftənin çərşənbə axşamı, cümə və bazar günləri İstanbuldan həyata keçiriləcək. Aviabiletlərin qiyməti bir istiqamət üzrə bütün vergi və yığımlar daxil olmaqla 48 avrodur. Aviareysin açılması ilə Azərbaycandan gedən turistlərin başqa şəhərlərə də münasib qiymətə uçması mümkün olacaq.

BAKU.WS

Oxşar xəbərlər

AZAL aşağı büdcəli brend yaradır

AZAL aşağı büdcəli brend yaradır

"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni "AZALJET” brendinin yaradılmasına dair planlarını e...

1456 Sosial 11:38 19 fevral 2016

Son xəbərlər