Dəhşətli təyyarə qəzası: 19-u BMT rəsmisi olmaqla 157 nəfər öldü - VİDEO+FOTO

Dəhşətli təyyarə qəzası: 19-u BMT rəsmisi olmaqla 157 nəfər öldü - VİDEO+FOTO
Video
Siyasət 3486
Efiopiyada Əddis-Əbebedən Nayrobi reysi ilə uçan "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan heç kim sağ çıxmayıb. Təyyarədə olan 149 sərnişin və 8 heyət üzvü olmaqla 157 nəfər ölüb.Sərnişinlər arasında 35 müxtəlif ölkənin vətəndaşları olub. Onlardan 19-u BMT-nin əməkdaşı idi.Qəzada ölən üç Slovakiya vətəndaşı bu ölkənin deputatı Antona Qrnkonun həyat yoldaşı, oğlu və qızı olub.Sərnişinlər arasında yer alan İtaliya vətəndaşlarından biri də Siciliya əyalətinin naziri olub.Qəzanın səbəbləri hələ məlum deyil.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər