Səhnəmizin Məcnunu Mənsum İbrahimovun 66 yaşı tamam olur

Səhnəmizin Məcnunu Mənsum İbrahimovun 66 yaşı tamam olur
Video
Mədəniyyət 74

Bu gün Xalq artisti, xanəndə Mənsum İbrahimovun doğum günüdür. Onun 66 yaşı tamam olur.

Səhnəmizin Məcnunu, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində doğulub.

1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alıb.

Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib.

Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların ifaçısıdır. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecinin müəllimi kimi fəaliyyət göstərir.

O, 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisi fəxri adına layiq görülüb. Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif olunub.

Prezident mükafatçısıdır və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Xalq artistinə uzun ömür, can sağlığı arzulayırıq!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər