VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bəzi ölkələrdə kişi qıtlığı yaşanır və orada bir kişiyə 5 qadın düşür. Hətta elə ölkələr var ki, orada qadın evlənəcəyi kişiyə pul da ödəyir.


BAKU.WS xəbər verir ki, aparılan araşdırmalar nəticəsində kişi qıtlığından əziyyət çəkən ölkələrin siyahısı müəyyən edilib. Həmin siyahıda Ermənistan, Rusiya, Sinqapur, İslandiya, Monqolustan, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, İtaliya, Avstraliya və başqa ölkələrin adı qeyd edilib.




Kişi azlığı yaşanan 10 ölkənin ilk siyahısında Ermənistan dayanır.



1 Ermənistanda tək qadınların ərsiz yaşamaması üçün dövlət xüsusi addımlar atıb. Orada iki qadınla evlənən kişilərə çox güzəştlər tətbiq edir. Çünki Ermənistanda 6-7 qadına bir kişi düşür.



2 Siyahıda ikinci yeri Avstraliya tutur. Burada 5 qadına 1 kişi düşür. Bu səbəbdən də, orada qadınlar evlənəcəyi kişiləri tapmaqda çox çətinlik çəkirlər. Oraya gedən əcnəbi kişiləri evlənməyə cəlb etmək üçün qadınlar hədiyyələr və pul təklif edirlər.



3. İtaliyada yaşayan qadınların tələbləri çox olduğu üçün burada kişilər evliliyə önəm vermirlər. Bu səbəbdən də, orada da qadınlar evlənəcəkləri qadınlara pul təklif edirlər.



4 Qadınların ən çox olduğu ölkələrdən biri də Rusiyadır. Orada spirtli içkiyə aludə olan kişilərin çoxu da evliliyə meyil etmirlər. Ona görə də, rus qadınları özlərinə kişi tapmaq üçün xarici vətəndaşlara üstünlük verirlər. Rus qadınların ən çox üstünlük verdiyi kişilər isə qafqazlılardır.



5 Taylandda isə vəziyyət bir qədər fərqlidir. Burada cinsi azlıqların və transların çox olması səbəbindən taylandlı qadınlar başqa ölkələrdən olan kişilərə meyil edirlər.



6 Monqolustanda da vəziyyət ürəkaçan deyil. Burada qadınlar evlənmək üçün kişi tapa bilmirlər. Bu səbəbdən də, dövlət ailə quran hər bir kişi üçün pul mükafatı tətbiq edib.



7 Dünyanın ən zəngin ölkələrindən sayılan Sinqapurda insanlar ailə qurmağa önəm vermirlər. Həmin ölkədə qadınların da kişilərə nisbətən artıq olması vəziyyəti bir az da çətinləşdirir. Dövlət isə ailə məsələlərinə önəm verdiyi üçün evlənən hər bir ailəyə xüsusi miqdarda pul ödəyir. Əgər ailədə 3 uşaq olarsa, bu məbləğ bir qədər də yüksəlir.



8 İslandiyada da qadınlar kişi tapmaqda çətinlik çəkirlər. Burada hökumət daha əlverişli təklif verib. Burada islandiyalı qadın alan hər bir kişiyə 5 min dollar təklif edir.



9 Yaponiyada isə kişilər ailə qurmağa üstünlük vermirlər. Bu səbəbdən də, Yaponiyada subay qadınlar daha çoxdur. Ona görə də, yapon xanımlar özləri üçün kirayə kişilər axtarırlar.



10 BƏƏ-də subay qadınlar çox olduğu üçün dövlət kişilər üçün xüsusi güzəştlər tətbiq edib. BƏƏ-də birdən çox qadınla evlənən kişilər, arvadlarının sayına görə aylıq pul alırlar.


Cavid Babayev
BAKU.WS