Məşhur ərəb qadın şeyx: "Müsəlman kişiyə bir arvad azdır!"
"Vallahi ki, Allah-Təala Adəmi Həvvadan fərqli yaratdığı üçün biz də bu fərqləri anlamalı, dərk etməli və həyatımızı da o fərqlərə görə nizamlamalıyıq. Biizinillah, kişi ilə qadın arasında fərqlər hədsiz dərəcədədir".
Səudiyyə Ərəbistanının tanınmış din xadimlərindən biri, ailə məsləhətçisi və populyar psixoloq kimi tanınan, səudilərin "qadın şeyx" adlandırdıqları doktor Zəhra əl Müabi "Al Arabiya" telekanalında belə deyib.
"Ailə və fərd" proqramının aparıcısının "Müsəlman kişi neçə arvad almalıdır: bir, iki, üç, yoxsa dörd?! Müsəlman kişi bir arvadla yaşasa, pis deyil, məncə... Tamaşaçılar soruşurlar ki, əgər kişini sevən arvadı varsa və o qadın kişini bəxtəvər edə bilərsə, başqa qadınlarla nikaha girmək nəyə gərəkdir?!" sualına Zəhra əl Müabi emosional şəkildə belə cavab verib:
"Vallahi ki, Adəmlə Həvvanı Allah-Təala fərqli yaradıb. Müsəlman kişiyə bir arvad azdır! Çünki Allah Adəmin davamçılarına, yəni kişilərə fərqli ruh, fərqli mənəviyyat, fərqli dünyagörüşü, fərqli anlam və fərqli vücud verib.
Vallahi və billahi ki, Allah-Təala kişini elə yaradıb ki, o, dörd qadınla nikahda yaşaya bilər. Kişinin ürəyi, qəlbi, emosiyaları, vücudu buna imkan verir. Vallahi ki, kişi qadından fərqlidir. Qadının ürəyi yalnız bir kişi üçündür və qadın da həmin kişiyə ömrünün sonunadək sadiq olmalıdır.
Mömin qadın, təqvalı və irzli müslümə ərinə xəyanəti ağlına da gətirməməlidir. Müslümə, iffətli müsəlman qadın başqa kişi ilə danışmağı, təması, ünsiyyəti, məhrəmanə söhbəti ağlına da gətirməməlidir. Vallahi ki, belədir və belə də olmalıdır", - Zəhra əl Müabi deyib.
Zəhra əl Müabi 2013-cü ilin iyununda da qalmaqallı açıqlama ilə çıxış etmiş: "Ər arvadını əzazilliklə, vəhşicəsinə döyərsə, qadın da onu vura bilər, amma vurmamalıdır - çünki o, müsəlman qadınıdır", - demişdi.
Milli.Az
Oxşar xəbərlər
Əlikram Bayramov: “Arvadı boşayıb, başqasını alanda cəhənnəmə düşürsən”
"Arvadı boşayıb, başqasını alanda, adamın o dünyada cəzası cəhənnəmdir”. BAKU.WS-ə bu sözləri Əlikram Bayramv deyib. "İslamda deyilmir ki, arvadını boşa. Səma...