Bu ölkədə kişi qıtlığı yaşanır
Dünyaca məşhur aktrisa və sənətçilərin vətəni Avstraliyada kişi qıtlığı yaşanır.
BAKU.WS məlumat verir ki, dünyaca məşhur aktrisalar və supermodellərin ana vətənində kişilərin sayında azalma müşahidə olunur. Ölkənin böyük şəhərlərində yaşayan qadınlar, sevgilərini tapmaq üçün xaricə üz tuturlar.
"McCrindle" adlı araşdırma şirkətinin hesabatına görə ölkənin 8 əyalətinin 6-da qadınların sayı kişilərdən 100 min dəfə çoxdur. Araşdırmada körpə qız uşaqlarının doğumlarının oğlan uşaqlarına nisbətdə sürətlə artdığı qeyd olunub. Son iki ildir 20-35 yaş arasındakı qadınların ailə qurmaq üçün kişi tapmaqda çətinlik çəkdiyi bildirilir.
Ölkədə kişi qıtlığının ən çox müşahidə olunduğu yerlər Tasmaniya və Viktoriya şəhərləridir. Buna səbəb kimi kişilərin iş tapmaq üçün xaricə üz tutmalarıdır.
Qeyd edək ki, Avstraliya, aktrisa Nikol Kidman, müğənni Kayl Minoq və supermodel Miranda Kerr kimi məşhurların ana vətəni kimi də tanınır.
BAKU.WS
Oxşar xəbərlər
"Playboy" çılpaq qız şəkillərinin çapını dayandırır
Dünyanın məşhur kişi jurnalı "Playboy" gözlənilməz qərar qəbul edib. BAKU.WS məlumat verir ki, jurnalın yaradıcısı 89 yaşlı Hyu Hefner artıq jurnalda qadınları...