Azərbaycanda dələduzluğun yeni üsulu (VİDEO)

Azərbaycanda dələduzluğun yeni üsulu (VİDEO)
Video
Şou-biznes 2832

Bakıda avtomobil ilə dilənçilik edənlərin sayı artıb. Bu dəfə dindən və insanların inamından istifadə eədn orta yaşlı kişi "Qurani-Kərim” kitabını baha qiymətə satmaqla qazanmaq istəyib. BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə bu hadisəni əks etdirən video paylaşılıb. Videoda görünür ki, "VAZ-21010” markalı, 10 ZM 448 dövlət nömrə nişanlı avtomobil yolda maşınları saxlayır. Maşının sürücüsü orta yaşlı kişi düşür və vətəndaşlara yaxınlaşır. Kişi bildirir ki, avtomobilində bir qadın oturub. Həmin qadın Həcc ziyarətindən gəlib və oradan "Qurani-Kərim” kitabı gətirib. Kitabın üzü ceyran dərisindəndir. "Bu kitab hansı ailəyə qismət olsa, həmin ailə xoşbəxt olacaq. Həcixanım həmin kitabı sizin ailəyə hədiyyə etmək istəyir”, - deyə kişi bildirir. Sonradan məlum olur ki, kişi kitabı baha qiymətə satmağa çalışır. Bu minvalla da həmin kişi pul qazanmaq istəyir.

Ziya Səccad BAKU.WS

Son xəbərlər