"Playboy" çılpaq qız şəkillərinin çapını dayandırır

Playboy çılpaq qız şəkillərinin çapını dayandırır
Şou-biznes 2786

 

Dünyanın məşhur kişi jurnalı "Playboy" gözlənilməz qərar qəbul edib.

BAKU.WS məlumat verir ki, jurnalın yaradıcısı 89 yaşlı Hyu Hefner artıq jurnalda qadınların çılpaq fotolarının yer almaması ilə bağlı göstəriş verib. Buna səbəb kimi çılpaq qadın fotolarının dövrünün bitdiyini göstəriblər. Hyu Hefner, "The Times"ə açıqlamasında bildirib ki, qərarın icrasına 2016-cın ilin mart ayından başlanılacaq.

Dərginin icraçı direktoru Skott Flanders qeyd edib ki, jurnal növbəti ildən yeni dizaynda daha müasir olacaq:

"Biz açıq-saçıq fotoların dərci üçün mübarizə apardıq və qalib gəldik. Artıq həmin dövr arxada qalıb. İndiki zamanın tələbi fərqlidir. İndi istənilən adam internetdə çılpaq fotolara pulsuz da baxa bilir".

62 ildir fəaliyyət göstərən "Playboy"un digər bölmələri isə olduğu kimi qalacaq. Eləcə də, jurnalda açıq-saçıq qadın fotoları yenə də yer alacaq.

BAKU.WS

Oxşar xəbərlər

48 yaşlı Pamela Anderson gənc qızlara meydan oxuyur (FOTO)

48 yaşlı Pamela Anderson gənc qızlara meydan oxuyur (FOTO)

48 yaşı olmasına baxmayaraq, Pamela Anderson gənc xanımlara meydan oxuyur. BAKU.WS məlumat verir ki, 90-cı illərdə hamının sevimlisi olan Pamela Anderson, 48 y...

3860 Şou-biznes 19:00 17 sentyabr 2015

Son xəbərlər