SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə cəbhədə gedən qızğın döyüşlərdə yaralananlar üçün qan ehtiyacı olduğu ilə bağlı kampaniya başladılıb. 
 
BAKU.WS-in məlumatına görə, iddia olunur ki, yaralanan mülki şəxslər və hərbçilər üçün rayon xəstəxanalarına qan lazımdır. Vətəndaşlara müraciət edən aktiv səhifələr əhalini qan verməyə çağırır.
 
Məsələ ilə bağlı BAKU.WS Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, qan ehtiyacı ilə bağlı hər hansı tələb yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bizim əhalinin qan verməsinə ehtiyacımız yoxdur. Kifayət qədər qan ehtiyatı var".
 
Şahin Həbibov
BAKU.WS