Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.
BAKU.WS xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub. Sentyabrın 26-da FIDE-nin yeni prezidenti müəyyənləşib. Gərgin mübarizədə qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.
Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.
Oxşar xəbərlər
"Barselona" futbolçuları Bakıda
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu çərçivəsində "Barselona" klubu Bakıda "Sabah"ın qonağı olacaq. BAKU.WS xəbər verir ki, artıq İspaniya təms...