Cəbhədə qan çatışmazlığı xəbərinə rəsmi açıqlama
Sosial şəbəkələrdə cəbhədə gedən qızğın döyüşlərdə yaralananlar üçün qan ehtiyacı olduğu ilə bağlı kampaniya başladılıb.
BAKU.WS-in məlumatına görə, iddia olunur ki, yaralanan mülki şəxslər və hərbçilər üçün rayon xəstəxanalarına qan lazımdır. Vətəndaşlara müraciət edən aktiv səhifələr əhalini qan verməyə çağırır.
Məsələ ilə bağlı BAKU.WS Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, qan ehtiyacı ilə bağlı hər hansı tələb yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bizim əhalinin qan verməsinə ehtiyacımız yoxdur. Kifayət qədər qan ehtiyatı var".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərin yaralılarını daşımağa helikopter çatmır
Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər. "Report”un verdiyi məlumata görə b...