Ermənilərin yaralılarını daşımağa helikopter çatmır
Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.
"Report”un verdiyi məlumata görə bəyanatda deyilir: "Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik. KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər – tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar – yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər – personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var”
Erməni jurnalistlər sualla çıxış edirlər: "Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet "siçovulları” ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik”.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi ermənilərin itkiləri ilə bağlı xəbər yaydı
Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil....