Azərbaycanlıların erməniləri özündən çıxaran addımı

Azərbaycanlıların erməniləri özündən çıxaran addımı
Hadisə 2275

 

Ukraynanın paytaxtı Kiyevdə 4 azərbaycanlının avtomobil oğruluğuna görə tutulmasına rəsmi aydınlıq gətirilib.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı ANS PRESS-ə danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin birinci müavini Murad Cəfərov bildirdi ki, mediada azərbaycanlılardan ibarət dəstənin maşın oğurluğuna görə tutulmaları barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu xəbər təxribat xarakteri daşıyır.

Murad Cəfərov:"Bu erməni təxribatıdır və davam edəcəyi də istisna edilmir".

Onun sözlərinə görə, xəbər yayılan kimi Ukrayna azərbaycanlıları diasporunun sədri Hikmət Cavadov və digər vəzifəli şəxs Şahin Qocayev cinayətkarların ad və soyadlarını müəyyənləşdirmək üçün dərhal Kiyev Şəhər Polis İdarəsinə müraciət ediblər: "Araşdırmalar zamanı tutulan şəxslərin azərbaycanlılar yox, ermənilər olduğu ortaya çıxdı. Düşünürən ki, təşkilatımızın Xocalı soyqırımı ilə bağlı keçirdiyi tədbir erməni diasporuna zərbə vurub və buna görə də ermənilər "hücuma" keçiblər”.

Ötən gün xarici KİV-də Kiyevdə polislərin avtomobillərin oğruluğu ilə məşğul olan dəstəni yaxalanması barədə məlumatlar yayılıb. Bu barədə Ukrayna Milli Polisinin başçısı Xatiya Dekanoidze bildirib. Onun sözlərinə görə, polisin apardığı tədbirlər nəticəsində avtomabil oğurluğu ilə məşğul olan şəxslər Azərbaycan vətəndaşlarıdır. Onlar nəqliyyat vasitələrinin oğurluğu üzrə minimum səkkiz epizodda ittiham olunurlar.

Bildirilirdi ki, dəstə yalnız yerli istehsal olan avtomobilləri oğurlayırmış. Oğurlanan maşınlar qabaqcadan hazırlanmış qarajlara aparılaraq daha sonra hissələrə bölünərək satılırmış. Oğrular da elə cinayət başında yaxalanıblar. Saxlanılanların ən azı daha beş analoji epizoda iştirakı var.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər