Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir:
"Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".
Qeyd edək ki, YAP-nin 8 ci qurultayı oktyabrın 2-də keçiriləcək.
Oxşar xəbərlər
"Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq
Əmin olun ki, Kürmük məbədi ilə bağlı bəyanat və monastırın özü ətrafındakı bütün spekulyasiyalara son qoyulacaq. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu...