Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb
27
sen
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlər anılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, anım tədbirində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Menekşe Onuk və Azərbaycan icması iştirak edib.
Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi və "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "BİZ" sənədli filmi nümayiş olunub.
Qalereya
Oxşar xəbərlər
COP-un humanitar məqsədi: qlobal gərginliklərin missiyaya təsiri
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçüncü gündür davam edir. Topl...