Bakıda valideynləri dalaşan qız ölümdən döndü
Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib. 1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib.
O, evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə kişi həyat yoldaşına yumruq zərbələri endirməyə başlayıb. Bu an ailənin yeniyetmə qızı valideynlərini ayırmağa çalışsa da, mümkün olmayıb. Əsəbiləşən qız mətbəxə keçərək orada kimyəvi maddə olan "Domestos" məhlulu içərək özünü zəhərləyib. Hadisədən xəbər tutan ana dərhal təcili tibbi yardım briqadasının köməyi ilə qızını xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində yeniyetmə qızı həyata qaytarmaq mümkün olub.
Hadisə yerinə polis əməkdaşları gəlib və Mahir Əsədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Əsədova bir il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Oxşar xəbərlər
"Formula 1": "Maklaren"in pilotu Lando Norris qəza törədərək mübarizəni dayandırıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisində daha iki pilot qəza törədib. BAKU.WS report-a istinadən xəbər verir ki, "Maklaren" komandasının pilotu Lando Norris il...