Masazırda bu səbəbdən saatlardır işıq yoxdur
Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarından elektrik enerjisinin verilişində fasilə yaranıb.
BAKU.WS Oxu.Az-a istiandən xəbər verir ki, gecə saat 04:00 radələrində ərazidə uzun məsafəli yeraltı elektrik kabelində qəza baş verib.
Hazırda "Azərişıq" ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər görülür. Məsafənin uzun olması səbəbindən proses mərhələli şəkildə aparılır.
Xəbərə görə, elektrik enerjisinin verilişinin bu gün saat 16 radələrində bərpa olunması gözlənilir.
Sözügedən qəza Masazır qəsəbəsinin Əliağa Vahid, General Həzi Aslanov, Nizami, Rafiq Dünyamalıyev və Hüseyn Cavid küçələrini, eləcə də ətraf əraziləri əhatə edir.
Oxşar xəbərlər
Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Vətəndaşların etibarından sui-istifadə edərək onların 32 128 manat pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. Bu barədə BAKU.WS-ə Dax...