Laçında traktor minaya düşüb
26
sen
2026
12:02
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib.
BAKU.WS-ə xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib
Rusiyada dron hücumu nəticəsində ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, mərhum Ucar rayonunun Boyat kəndində də...