SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb.
Bu barədə BAKU.WS SOCAR-a istinadən xəbər verir.
Sənədə əsasən, SOCAR 1 yanvar 2027-ci il tarixindən 31 dekabr 2030-cu il tarixinədək dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.
Bu tərəfdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin ənənələri, eləcə də nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir.
Oxşar xəbərlər
Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əmək...